RSS

Müəllifin arxivləri: 346

346 haqqında

...

Naynaninay


Çoxdandır ki yazı yazmağa da həvəsim ölüb, amma bəzən yaradıcılığın zirvəsində dayanan şeirlər, musiqilər, dialoqlar görəndə yazmamaq olmur. Bu xalqa baxanda ilhamlanmamaq olmur, adamın bloq yazmağı gəlir. Dünən metroda bir kişi öz uşağına burnunu dişlədirdi,burnunun dişlənməsindən xoşbəxt olan ata öz uşağını “nay nay nay…” deyirdi ki, birdə dişləsin. Mən ətrafdakı canlıların üzündəki yalançı təbəssümü görəndə onların yerinə utanıram. Kişi son dərəcə xoşbəxt idi, axı onun uşağı ayaqqabı cıra-cıra neçə il məktəbə gedəcək, onlar axı uşaqlarına birinci sinif sumkası alacaq və sumqaya şorqoğalı,alma, hətta soyuq havalarda uşağa soyuq olmasın deyə nimdər də qoyacaqlar. Uşaq məktəbi sms yaza-yaza bir gün bitirəcək, qız da tutacaq. Qıza maydan, yaşılbaş sona deyən gəncin həyatı başdan ayağa nay nay nay olaraq qalmalıdır. Sonra uşağın əsgər getməsi və gəlməsi sintizatorun müşaiəti ilə qeyd olunacaq. Bu valideyinin üzündəki bədbəxt təbəssümün pik nöqtəsi uşağının gələcəkdə toy gecəsi cinsi əlaqədə olmasına yönəlib. Axı onların ən böyük arzuları uşaqlarının toyunda ritmi “nay nay nay” olan bir mahnı oynamaqdır. Bu “nay nay nay” prosesi min illərdir ki xalqımızın qan yaddaşıdır, yəni qanındadır. Tipik azərbaycanlının həyatı “nay nay nay” ilə dövr edib bitir.

” nay nay nay” ifadəsi öz aramızdır, heləbelə ifadə deyil ha. Evə gəlib çatıram və “nay nay nay”-ı kitablarda axtarıram . 7-ci sinfin Azərbaycan dili kitabında “nay nay nay”-ın nəzəriyyəsini tapıram. Şeir qədim dövürlərdən, arvadların ağəzlarından süzülə-süzülə aztv demişkən gəlib günümüzə çatmışdır və ən əsası gələcək nəsillərə ötürülür. Şeiri olduğu kimi təqdim edirəm:

Dam üstədir damımız
De gülüm nanay, ay naninay
Qoşadır eyvanımız
Yar, qoşadır eyvanımız
Sən ordan çıx, mən burdan
Kor olsun düşmanımız
Qoy kor olsun düşmanımız

“Dam üstədir damımız” ifadəsi bunların şəhər uşağı olmasından xəbər verir. Bütün cümlələrdə həqiqət var. Düşmanınızın kor olacağını deyə bilmərəm, amma siz kor ölmüsüz, bu həqiqətə daha yaxındır. Yox, sonuncu cümlədə çatışmazlıq var. Qarğış etmək bu millətin qanındadır, mifologiyanı sevirlər 🙂 . Onu da nəzərinizə çatdırım ki, “naynaninay” daha xoşbəxt canlılara aiddir, əsasən rus dili bilməyənlərə çuşka deyənlərə, restoranda saat 6-dan 12-yə kimi yağlı ət yeyənlərə, və sairlərə aiddir.

P.S. Qul qul olduğunu başa düşməyənə qədər qul olaraq qalır. Qul olduğunu başa düşüb reaksiya vermirsə deməli, o manqurtdur.

 
Bir şərh yazın

Müəllif Açıq May 3, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , , , ,

Yoldakı vərəqdən


Metronun yanında gözləyirdim, bekarçılıq idi, birdən gözümə yerdəki bir vərəq toxundu, maraq hissi son dərəcə yüksəldi və vərəqi əlimə aldım. Vərəq hansısa yuxu yozma kitabından idi. Birinci söz balıq idi , bekarçılıqdan başladım oxumağa , cümlə aşağıdakı kimi idi.
“Yuxuda məhrəm yerindən balıq çıxartdığını görən şəxsin tezliklə qızı olacağına işarədir”

P.S. Hər bir xalqın yuxu kitablarındakı cümlələr bu xalqların həyatda düşündüklərinin göstəricisidir.

 
Bir şərh yazın

Müəllif Açıq Aprel 26, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , ,

Cümə axşamı və cəngavərlər


Orta statistik azərbaycanlının həyatı dördüncü gündür. Elə bu səbəbdən də biraz cümə axşamları haqqında yazmaq istəyirəm. Mövzumuzun bir neçə cəngavəri var. Qəhraman deyil, cəngavər. Ona görə cəngavər ki, cəngavər vurub dağıtmağa, sökməyə, zibilləməyə və nərə bəzən də qiyə çəkməyə daha yaxşıdır. Cəngavərlərimiz məhəmmədhəsənovlardır. Ailənin bircə dənə gözü-qarası, vurub dağıdanıbir sözlə ərköyün və erkək övladı var. Söhbət açdığım ailə ümumi bir ailədir, yəni həm şəhərli, həm kəndli (şəhərli kəndli söhbətinə nifrət edirəm) , həm ziyalı, həm fermer, həm də çoban, həm itbaz, həm quşbaz, bir sözlə baz ailədir. cəngavərlərin cəngavəri ailənin gələcəyi hesab olunan ərköyün övladdıdır. gələcək yazılarda da bu ailə yazılarımızın predmeti olacaq, bu ailə fundamental araşdırma mövzusudur. Mövzumuzda dördüncü gündən də bəhs edildiyindən keçək dördüncü günə.

Səhər açılır, ərköyün övladın budilnikindəki quzu mələşməsi səslənir. Bir dördüncü gün səhərində ailənin bütün xaşikləri quzu mələşməsinin sədaları altında yataqdan qalxırlar. Ailə son dərəcə müasir olduğundan onun breakfast-i xaşdır. Ailə üzvləri yağlı xaş yedikdən sonra öz vəhşilik fəaliyyətinə başlamağa hazırdırlar. Ailənin erkək övladı ilk olaraq Realın yoxsa Barsanın qalib gələcəyini düşünür. Sonra Messiyə saç saxladığına görə “petux şeydi” deyib Reala balet edəcəyini təsdiqləyir. Ailəni ən despot üzvü sayılan ailə başçısı (erkək) pultu əlinə alır və reklamda axsam “elgizin cümə axşamlarının” gedəcəyi xəbərini eşidir. bAilənin dişi üzvləri də dərhal beyinciklərində ” toy olsun da var bugün?” deyə fikirləşirlər. Bu vaxt işıqlar sönür və hər kəs öz işinə ailə başçısı xeyirə, şərə, arvad kəkotulu çay dəmləməyə, ərköyün övladsa biraz söhbətləşmək və kayf tutmaq üçün yaxınlıqdakı bərbərxanaya üz tutur. Bərbərxanada ərköyün övladın təbirincə desək, can qurban eləməli oğlanlar var. Erkək bərbərxanaya çatır və həmişəki yerində öz mövqeyini tutur. növbə ilə can qurban eləməli oğlanlar bir-birlərinin telefonlarını əlləşdirir və kayf tuturlar. Az keçmir ki, şorgöz ləqəbi ilə tanınan bərbər qız tutanda necə manevr etməyin bütün sirlərini həmkarlarına başa salır və nəsihət edir. Bu vaxt ərköyün övlad axşam “fatmagülün suçu” adlı serialın olub olmamasını soruşur. Bərbər Axşam qonşularında cümə axşamının olmasını təəssüflə qeyd edir və özünündə seriala baxmaq imkanı olmadığını vurğulayır. Digər erkəklər axsam “kurtlar vadisi”-nin də olduğunu qeyd edirlər. Ərköyün övladı fikir götürür. Dostları ona “sənə nə olub, qız atval verib? ” deyə soruşurlar. Ərköyün övlad: ” yox e, birazdan arvad toy olsuna baxacaq, gecə də fatmagülün suçuna baxmaq istəyir, dədəm də axşam bilmir qonşuya cümə axşamına keçsin , yoxsa elgizin cümə axşamlarına baxsın. üstəgəl kurtlar vadisi də var. Özüm də heç bilmirəm nə edim”. Dostlar təsəlli verərək “ala axşam gəl bizə, oturub kayf tutarıq” deyirlər. Amma yenə ərköyün övladı fikir götürür, axşam fatmagülün suçuna baxdıqdan sonra dostugildə masturbasiya edə bilməyəcəyi fikiri onu lap üzür. Tez bərbərxanadakı təsbehi əlinə alıb şaqqıldatmağa başlayır. əlində bərk tutur ki, yerə düşsə zapadlodur 🙂 . Sonra bərbərxanada nərd atırlar, 8 çaynik çay içirlər, yavaş-yavaşhallanırlar amma ərköyün övladın fikri dağılmır ki, dağılmır. Nələr, nələr, nələr… Təsvir olunanlar tamamilə reallığa əsaslanır.

P.S. İngiltərəli uşaqlar oyun başlamazdan əvvəl “dostluq qalib gələcək” , bizimkilər “yiyərik onları” .

 
Bir şərh yazın

Müəllif Açıq Aprel 11, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , ,

Xoruz döyüşü eşitmişdik, indi də qız döyüşü.


8 martdan az keçsədə, belə videolar təbiidir. Gələcək nəsil yetişir e…
Azadliğın şərbətin iç bax buna deyirlər.

 
1 Şərh

Müəllif Açıq Mart 27, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , ,

Dəli üçün gündə bayramdir


Müsəlmanlar zərdüşt bayramlarını qeyd edirlər, atəşpərəstsizsə nə müsəlman harayı çəkirsiz? Camaat yaxşı iş görər, meşə salar, ağac əkər, bunlar əksinə olaraq ağac qırır, təbiəti çirkləndirir, tonqal yandırır və onun üstündən tullanırlar. Bakı şəhəri onsuz da tüstüyə qərq olub, lazımdı Rusiyadan od qiymətinə alınan taxtaları odlandırmaq? Ölkədə orta hesabla hər 3 gündən bir iş günü sayılmır, gündə bir bayram uydururlar. Axsam təzə düşür, qaş qaralan vaxtdır, Bakıdayam, pəncərədən aşağıdakı kütləni izləyirəm. İmkanlı və imkansızlar bir yerə yığışıblar, qeyri-adi görünsə də qızlar da axşam çağı (bu mentalitetə ziddir) tonqalın məhlənin bomba oğlanlarından biri tərəfindən alovlandırılmasını gözləyir. Nəhayət tonqal qalanır, gedələr özlərini qızlara göstərmək üçün tonqalın ən gur və ən çox tüstü çıxan yerindən tullanmağa cəhd edirlər, imkanlı gedələr üçün əl və fit irəlcədən sifariş verildiyindən, onların tullanışı daha çox nəzərə çarpır. Gözü tüstüdən yaşara-yaşara alaqaranlıqda qıza baxmaq və tonqalın üstündən tullanarkən qızın sənə baxıb, baxmamasını görmək bayquş gözü tələb edir. Kim bilir gedələr gözləri tüstüdən dumanlanarkən nələr düşünürlər. Qız gedənin gözlərindən gələn yaşların sevinc yaşı olduğunu zənn edir və nələr, nələr… Bu hisli və tüstülü romantikanı qoyaq bir kənara. Mənim fikirimcə, böyük əksəriyyət imkanından asılı olmayaraq qızıb. Belə olmasaydı, bir ildə onlarla bayram, üstəgəl sünnət toyları, ad günləri, yas günləri və sairlər böyük təmtəraqla qeyd olunmazdı. Adamlar tanıyıram ki, kredit götürüb toy eləyirlər. Özləridə bağırırlar ki, pis gündə yaşayırıq, adama deyərlər pis gündə yaşayırsansa ildə 50 bayramı niyə keçirirsən? Deyəcəklər ki ” qonşudan geri qalmamalıyam ki? ” Adama deyərlər qonşu üçün yaşayırsan, özünçün?

P.S. Bir şəhərdə ki əhalinin elit təbəqəsini qaçqınlar və məcburi köçkünlər təşkil edə, orada tonqalın, hisin, pasın olması və ən əsası dağlar oğlanlarının və qızlarının tonqal ətrafında haray çəkməsi təbiidir.

 
4 Şərh

Müəllif Açıq Mart 15, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , , ,

Ölü canlı


Bütün dünyadakı ölü canlılara yazıram. Ölü canlı diri canlılar üçün çox təhlükəli varlıqdır, əslində yoxluqdur. Ölü canlı bir növ robot funkisaysını daşıyır. Ölü canlılar topluusu publikadır, kütlədir, qaraltıdır, amma cəmiyyət, xalq, sivilizasiya kimi anlayışlar istisna olaraq qalır. Qədim Misirdə qulları “ölü canlılar” adlandırırdılar, qul dirilənə kimi ölü canlı olaraq qalır. Ölü canlı multi-milyoner də ola bilər, yolda  Hummeri adamın üstünə də sürə bilər ( bu gün başıma gələn hadisədir), lap kasıb lampa işığında( neft ölkəsində nefti olsa), soyuq evdə, uzun gecəni ac qalan canlı da ola bilər. Fərq etməz, ölü canlı diri cansızdan ölü və yararsızdır. Həqiqətən eyni anda iki bankomatda növbəyə dura bilmək üçün gərək ruh (varsa) , bədəndən ayrıla və digər bankomata nəzarət edə. Növbə məsələsi tamamilə başqa mövzudur, sağ  qalsaq xatırladarıq. Ölü canlının həyatının başlanğıc nöqtəsiylə, son nöqtəsi arasındakı hadisələri bir riyazi funksiyanın qrafiki kimi göstərsək, tamamilə düz xətt alınar, sanki komputerdə dayanmış ürək döyüntülərinin qrafikidir. Ölü canlı üçün real olmayanlar realdır , Qarabağ yoxdur, amma şikəstəsi var. Ölü canlının ruhunun dünya səyahətinə çıxmasının şahidi oluruq. Ölü canlı fiziki və mənəvi cəhətdən acından ölməsinə baxmayaraq hər il onun dayanmış ürəyi Evrovizion müsabiqəsiylə vurur. Ölü canlı sevir, sevilir, hətta cinsi əlaqəyə də girə bilir. Teslimçilik, kapitulyasiya ölü canlıya xas olan xüsusiyyətlərdəndir. Ölü canlı üçün birlik, icma və s. kimi anlayışlar istisnadır, amma qəbilə, tayfa, məhəllə, oba kimi anlayışlar toxunulmazdır. Mübarizə, əzm kimi anlayışlar ölü canlıya tamamilə yaddır. Ölü canlının bir nömrəli düşməni cansız təbiət və sağ qalmaq istəyənlərdir. Ölü canlının beyini millətçilik, din və s. kimi anlayışlarla yuyulmuş olur. Ölü canlı adətən pis niyyətli canlılar üçün obyekt ( yuxarıdakı robortu xatırla) rolunu oynayır. Təhsilli ölü canlı da ola bilir. Ölü canlıların ən səciyyəvi xüsusiyyətlərindən biri də restoranda toy qurtardıqdan sonra stolun üstündə qalan əlartıqları sumkalara yığıb evlərinə aparmalarıdır. Ölü canlıda şüur olmur əvəzində təhtəlşüur olur. Ölü canlılar özləri də nə danışdıqlarını bilmirlər, bəzən elə ifadələr səsləndirirlər ki, adam mat qalır, məsələn, “əyri oturaq, düz danışaq“. Bu ifadənin açmasını tapmaq mənlikdən çıxıb.Dünyada ən bədbəxt insan tamamilə ölü canlılarla əhatə olunan insandır. Ölü canlıların maniakal formada olduqlarını nəzərə alsaq, deməli, onlarla əhatə olunan insan az müddətə məhv olub gedər. Ölü canlılarda ən anomal hadisə onların cismən ölmələridir.

 
3 Şərh

Müəllif Açıq Mart 14, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , ,

Kreativliyin pik nöqtəsi


Bu şəkili bu gün səhər-səhər çəkmişəm. Boçka qapağından görün xalqımız nələr yaradır e, şair bu yerdə deyib da “qoy var olsun yaradan ellər”. bu tarixi sənət əsərini yaradan canlı görünür son dərəcə kayfulla məxluq olub. Mən bu şəkilə baxanda əmin oldum ki, bizim xalq yeni texnologiyalar yaratmaq sahəsində yaponlardan geri qalmır. Read the rest of this entry »

 
Bir şərh yazın

Müəllif Açıq Mart 13, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , , ,

Big Bang və O Dünya


Əsgərlik çox yaralı mövzudur,bəziləri üçün “Big Bang”, bəziləri üçünsə “o dünya”- dir. Mən hələ əsgər getməmişəm, ali məktəbi qurtaran kimi aparacaqlar, məni də əsgərliyə sürükləyəcəklər. Dostlarımın çoxu əsgərlikdədi, hərdən telefonla danışırıq, hamısı günün sayır, kalendar da tutublar. Onlar gedəndən çox dəyişiblər, cümlələrinin başı da ayağı da söyüşdür. Onların deməsinə görə əsgərlikdə zabitdən söyüş söyüş sayılmır, adətən komandalar söyüşlə verilir. “Kim” sözü öz leksik və qrammatik formasını dəyişərək “varyoxun … etdiyim” formasına düşüb. Əsgərlərimizin ən fəxr etdikləri şey ayaqlarını yudurtmaqlarıdır. Bütün əsgər gedib-gələnlər deyir ki, birinci gün zabitlər nəyi var çırpırlar. Kim ki dözmür özünü öldürür, adətən dembllərin zorlamaq istədikləri fiziki cəhətdən zəif molodoylar intihar edir, çoxu şəhid kimi dəfn olunur. Dostum deyir, nənəsigil komandirə hinduşka aparıblarmış, komandirin hinduşkanı çox xoşladığını deyir. Read the rest of this entry »

 
Bir şərh yazın

Müəllif Açıq Mart 11, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , , ,

eşşək-qanqalı, qızıl gül və 8 mart


Çoxdan idi ki, bloqda yazı yazmirdim, amma qızıl gülün hüceyrələrinin dəyişilməsini görüb yazmaya bilməzdim. 8 mart ətrafdakı əksər erkəklərin “başımdan eləyim” günü elan olunsaydi daha mentiqli olardi. sabah ( artıq bu gündən) çoxlu sayda erkək əks tərəfə biraz qanqal verəcək. Mənim şübhəm yoxdur ki, artıq hansısa oliqarx gül biznesini öz inhisarına alıb. Özaramızdı əslində bu gül biznesi milyonların inhisarındadır, çoxlu sayda müəllim! , sevgilisi! olan qızlar, süpürgəçilər (adətən onlar təzə süpürgəylə zadla bəsinirlər) , bir sözlə qanqal və ya süpürgə cildinə girmiş güllər alan böyük çoxluq. Çoxları sabahı səbirsizliklə gözləyir, dua eləyir və s. Azərbaycanlının böyük əksəriyyətin 8 martı heç vaxt olmayıb, indidə yoxdur. Əslində 8 mart əsl qadın adına layıq insanlara məxsusdur. Azərbaycanlı kişisi üçün 8 mart, 11 sentyabr kimi bir şeydi. Təxmini ölkədə 4.5 milyon əks cinsin nümayəndəsinin yaşadığını nəzərə alsaq və lap bunun 3 milyonunu silək. yerdə qalan bir milyonun hər biri üçün orta hesabla 10 manat 10 milyon manat pulun Hollandiyaya və s kimi yerlərə axması deməkdir. Günü 10 manata fəhlə işləməyən yerlərdə 8 mart keçirərlər. Onda verilən gül də qanqal olmaz, bir də ki, gender bərabərliyi olmayan yerdə 8 martın keçirilməsi “varyox” söyüşü kimi bir şeydir. Bu erkəklər özlərini göstərmək üçün, qonşu erkəkdən dala qalmamaq üçün axsam evə çörək almamaq üçün də olsa qanqal alırlar. Ağıllı olun, gedin perfaratordan, istəsəz lap lom götürün qaya yarın, bərk qaçsaz sizi daha çox bəyənərlər, özünüz bilərsiz, novruzda şəkərburayla əvəzini alacaqsız.

 
Bir şərh yazın

Müəllif Açıq Mart 7, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , ,

köhnə hamam, köhnə baş


Növbəti il gəldi, necə deyərlər köhnə hamamlar və köhnə başlar.2010-cu il yaddaşımda en son rastlaşdığım məqamla özünün yerini daha da möhkəmlətdi.Təxmini saat 22:00 olardi, bir təcili tibbi yardim maşını səs-küylə binanın qarşısında saxladı. Kiminsə bu bədbəxt həyatdan canını qurtardığını zənn etdim, lap ona paxıllığım da gəldi, amma birdən təcili tibbi yardım maşınından şaxta-babaların, klounların, qar qızların gülə-gülə, kefi kök düşməsini gördüm. Onda başa düşdüm ki, köhnə hamam köhnə baş, yenə bozbaş, yenə xaş.

 
Bir şərh yazın

Müəllif Açıq Yanvar 1, 2011 in Azərbaycan reallıqlarından

 

Etiketlər: , , , ,